22 
Apr
2024
19:14
366

Gürcüstanın müdafiə naziri Azərbaycanın səfiri və müdafiə attaşesi ilə görüşüb

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, tanışlıq görüşündə tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini müzakirə ediblər.

“Müdafiə naziri Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib. Yüksək səviyyəli səfərlərin müsbət dinamikası da vurğulanıb.

Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Beynəlxalq təlimlərdə birgə iştirak və hərbi təhsil istiqamətində əməkdaşlıq məsələlərinə diqqət yetirilib.

İclasda Azərbaycan Respublikasının Gürcüstandakı Müdafiə Attaşesi polkovnik Fuad İbrahimov iştirak edib”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər