3 ay ərzində aksizsiz tütün məmulatlarının saxlanması-daşınması faktları aşkarlanıb
2024-cü ilin birinci rübündə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində həyata keçirilən cari nəzarət prosedurları nəticəsində aksiz markası məcburi əlavə edilməli olan müxtəlif növ tütün məmulatlarının aksiz markası olmadan saxlanması və daşınması ilə bağlı 271 fakt aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayır.
Qurumdan verilən məlumata görə, aksiz markası olmadan götürülmüş tütün məmulatlarının ümumi miqdarı 27 527 qutu siqaret və 160 kiloqram tütün olub.
"Tədbir çərçivəsində Gürcüstanın Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq cinayət əməli aşkar edilən iş materialları Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinə göndərilib", - məlumatda deyilir.


