Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tbilisidə 70 min tamaşaçı üçün nəzərdə tutulan stadion tikiləcək

417
Tbilisidə 70 min tamaşaçı üçün nəzərdə tutulan stadion tikiləcək
Dinləmək üçün basın

Tbilisidə futbol və reqbi üçün yeni stadionun tikintisinə başlanılacaq.

Tbilisidə futbol və reqbi üçün yeni stadionun tikintisinə başlanılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında məlumat verib.

"Biz Tbilisidə mahiyyətcə bu iki idman növünə xidmət edəcək yeni stadion tikmək istəyirik, o, 70 min tamaşaçı üçün nəzərdə tutulacaq, ən yüksək, müasir standartlara uyğun stadion olacaq ki, bu da bizə ən yüksək səviyyəli matçları, o cümlədən Çempionlar Liqasının finalını ölkəmizdə keçirməyə imkan verəcək. Bu, Britaniya üslublu stadion olacaq. Bildiyiniz kimi, Britaniya tipli stadionlarda qaçış yolları yoxdur. Belə məqamlarda azarkeşlərlə komanda arasındakı əlaqə ən çox emosional olur. Bütün bunlar komandanın uğurlarına daha çox təsir edir. Bu, ən yüksək standartlara cavab verən stadion olacaq. Ehtimal olunan yer yeni hava limanına bitişik ərazi olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →