21 
Apr
2024
21:19
468

Parlament qarşısında “Rus qanununa yox” aksiyası davam edir

Gürcüstan parlamentinin yaxınlığında “Rus qanunlarına yox” adlı aksiya bu gün də davam edir.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları  “Rus qanunlarına yox! və Avropa" şüarları ilə çıxışlar edirlər.

Bundan əlavə, yürüş zamanı dövlət himni səsləndirilib.

Aksiya iştirakçıları bu gün qanunverici orqandan Ali Məhkəməyə qədər yürüş edəcəklər, sabahdan isə müxtəlif universitetlərdə etiraz aksiyası davam edəcək. Aksiyanın təşkilatçılarının izah etdiyi kimi, tələbələr qanun layihəsi ilə bağlı görüşlər keçirəcək, müzakirələr aparacaqlar.

Təşkilatçıların qeyd etdiyi kimi, aksiya hakim komanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürənə qədər davam edəcək.

Məlumat üçün bildirək ki, Tbilisidə “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş - “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq " Rus qanununa yox" aksiyası aprelin 15-də parlamentin hüquq komitəsi layihəyə baxmağa başladıqdan sonra başlayıb. Qanun layihəsi etirazlar və tənqidlər fonunda aprelin 17-də Gürcüstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər