20 
Apr
2024
18:27
276

Qadınlar Rus qanunlarına qarşı- aksiya ilə bağlı Rustaveli prospekti bağlanıb

Qadınlar Rus qanunlarına qarşı! 

InterPress.ge xəbər verir ki, etiraz yürüşünün iştirakçıları artıq parlamentdədir.

Aksiya ilə bağlı bu gün də Rustaveli prospekti bağlanıb.

“Qadınlar Avropanı seçir” - müxtəlif yaş və peşələrin nümayəndələri bu gün bu şüar altında birləşərək Respublika meydanından yürüşə başlayıblar.

Onlar hökumətdən Rus qanunlarını geri götürməsini xahiş edirlər.

Parlament qarşısında etiraz aksiyası Gürcüstan və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qeyd edək ki, bu gün qadınların yürüşü Kutaisi, Qori, Marneuli, Axmeta, Bolnisi, Batumi, Ozurqeti və Tsnoridə keçirilir.

Eyni zamanda, saat 7-də ölkənin Avropa gələcəyini qorumaq üçün and içmiş həmin gənclərin gürcü qəhrəmanları qarşısında ənənəvi toplantısı planlaşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər