19 
Apr
2024
21:34
276

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində yolu bağlayıblar

Gürcüstan parlamenti qarşısında davam edən etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində yolu bağlayıblar.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edir və “Rus rejiminə yox”, “Yaşasın Avropa Birliyi”, “Yaşasın Gürcüstan” şüarları səsləndirirlər.

Onların sözlərinə görə, hakim partiya sözügedən qanun layihəsini geri götürənə qədər etirazlarını dayandırmayacaqlar.

Aksiya iştirakçıları  Rustaveli prospektindən Ədliyyə Evinə doğru yürüş etmək niyyətində olduqlarını bildirib.

Aksiyanın təşkilatçılarından biri, “Dafion” tələbə hərəkatının üzvü Zviad Tşekladzenin sözlərinə görə, onların məqsədi gəncləri cəsarətləndirmək və  “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin niyə pis olduğu barədə məlumatlılığı dərinləşdirməkdir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər