Pankisidə qarşıdurma yaranıb - saxlanılan var
Gürcüstanın daxili işlər nazirliyinin Kaxeti polis departamentinin əməkdaşları Axmeta bələdiyyəsinin Pankisi dərəsində baş verən zorakılıqla bağlı 1998-ci il doğumlu 1 nəfəri yaxalayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Naziri məlumat verib.
İstintaqla təsdiq olunub ki, 8 avqust tarixində Axmeta bələdiyyəsinin Ğvarelçğali kəndində 1971-ci il təvəllüdlü şəxsə və onun azyaşlı övladına təhqiramiz ifadələr işlədilib, və fiziki təzyiq olub. Münaqişəyə səbəb ata və övladın geyimi olub. Hadisə ilə bağlı ekspertiza təyin edilib.
Onların məlumatına görə, Polis tərəfindən aparılan operativ istintaq tədbirləri nəticəsində qarşıdurmada iştirak edən bir nəfər yaxalanıb.
"Qarşıdurmada iştirak edən digər şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər keçirilir" - DİN-dən bildirilir.
Zorakılıq faktı ilə bağlı istintaq 129-cu maddə ilə başladılıb.


