19 
Apr
2024
11:46
224

Gənclər bu gün Parlament qarşısında aksiya keçirəcəklər

Rustaveli prospektində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən gənclərin bəyanatına görə, onlar bu gün saat 19:00-da yenidən Parlamentin qarşısına toplaşacaqlar.

InterPress.ge xəbər verir ki, bu gün müxtəlif universitetlərin tələbələri Rustaveli prospektini bağlayıblar.

Bundan əvvəl aksiya ştirakçıları Parlament binasının ərazisindən hökumət administrasiyasına, daha sonra “Gürcü Arzusu”nun ofisinə doğru yürüş edib, oradan qanunverici orqana qayıdıblar.

Yürüş zamanı tələbələr “Gürcüstan, Gürcüstan!”, “rus qanununa yox!” şüarları səsləndiriblər.

Onlar hesab edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yaradacağı təhlükələr barədə maarifləndirmə işləri aparılmalıdır.

Bugünkü aksiyanın təşkilatçısı “Dafion” tələbə hərəkatıdır.

Bizimlə əlaqə saxlayın