18 
Apr
2024
12:33
3841

Bu tarixdən ölkədə hava şəraiti dəyişəcək

Sinoptiklərin məlumatına görə, aprelin 18-də Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir 

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi aprelin 18-20-də Gürcüstanda gözlənilən hava proqnozunu açıqlayıb.

Aprelin 18-də Tbilisidə isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): isti və yağmursuz hava gözlənilir. Aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə isti fonunda yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): Aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): aprelin 18-də isti və yağmursuz hava şəraiti davam edəcək. Aprelin 19-20-də bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək

Bizimlə əlaqə saxlayın