
Aİ liderləri İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər
Aİ liderləri İranın İsrailə hücumunu pisləyib və İrana qarşı sanksiyaları gücləndirmək qərarına gəliblər.
InterPress.ge xəbər verir ki, bu barədə Aİ sammitinin birinci günündən sonra yayılan bəyanatda deyilir.
"Avropa Şurası İranın İsrailə hücumunu qəti və birmənalı şəkildə pisləyir, İsrail xalqı ilə tam həmrəy olduğunu və İsrailin təhlükəsizliyi və regional sabitliyinə sadiqliyini bir daha bəyan edir. Avropa Şurası İranı və onun marionetlərini bütün hücumları dayandırmağa və bütün tərəfləri maksimum təmkinli olmağa və regionda gərginliyi artıra biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır. Aİ İrana qarşı, xüsusən də pilotsuz təyyarələr və raketlərlə bağlı əlavə çəkindirmə tədbirləri görəcək”.
Aİ liderləri deyirlər ki, blok regionda gərginliyin azaldılması və təhlükəsizliyə töhfə verməyə tam sadiqdir.
Xatırladaq ki, ötən gün Brüsseldə Avropa Birliyinin iki günlük sammiti başlayıb ki, bu, İranın şənbə gecəsi İsrailə pilotsuz təyyarələr və raketlərlə həyata keçirdiyi hücumdan sonra birlik liderlərinin ilk görüşüdür.