Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ Dövlət Departamenti: “Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Aİ norma və dəyərlərinə uyğun gəlmədiyi barədə xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq“

351
ABŞ Dövlət Departamenti: “Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Aİ norma və dəyərlərinə uyğun gəlmədiyi barədə xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq“
Dinləmək üçün basın

"Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi və Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə şübhəsiz mənfi təsir edəcəyi barədə xəbərdarlıqlara…

"Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi və Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə şübhəsiz mənfi təsir edəcəyi barədə xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq", -
 

InterPress.ge xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel, "Xarici təsirin şəffaflığı" mövzusunda qanun layihəsi ilə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə mənfi təsir göstərəcək.

“Biz bu qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə Gürcüstanın sadə vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını ləkələyə biləcəyindən dərin narahatıq. O, həmçinin Gürcüstan vətəndaşlarına məlumat vermək üçün Gürcüstanda fəaliyyət göstərən media qurumlarını ləkələyə bilər.
Vətəndaş cəmiyyəti, jurnalistika, media qurumları istənilən demokratik cəmiyyətin təməl daşı olduğunu düşünür, Gürcüstan hökumətini bu qanun layihəsinin Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi barədə xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq, əlbəttə ki, Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləyişinə mənfi təsir göstərəcək”, - Patel bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →