17 
Apr
2024
08:44
175

ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər

ABŞ administrasiyası Rusiyanın dondurulan aktivləri ilə bağlı müxtəlif variantları nəzərdən keçirir, həmçinin Moskvanın mümkün cavab tədbirlərinin nəticələrini öyrənir”.

InterPress.ge xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

O vurğulayıb ki, Ukraynanın daimi yardım axınına ehtiyacı var və buna görə də Birləşmiş Ştatlar Rusiyanın dondurulmuş suveren aktivlərindən (təxminən 285 milyard dollar) iqtisadi fayda və resurs əldə etməyin yolunu axtarır.

Onun sözlərinə görə, aktivlərin faktiki müsadirəsindən tutmuş onların Ukrayna üçün borc öhdəliklərinin verilməsi zamanı girov kimi istifadə edilməsinə qədər bir sıra imkanlar nəzərdən keçirilir.

Yellen əlavə edib ki, Rusiya Federasiyası artıq ABŞ, Avropa ölkələri və digər ölkələrdəki şirkətlərə qarşı bir sıra tədbirlər görüb.

“Əlbəttə ki, Moskvanın qisası olacaq. Biz bu dondurulmuş aktivlərin istifadəsi ilə bağlı risklərə baxırıq və G7 liderlərinə təqdim edə biləcəyimiz müxtəlif strategiyaları qiymətləndiririk”, - deyə Yellen bildirib

Bizimlə əlaqə saxlayın