Tbilisidə vəziyyət gərginləşib - Polislə etirazçılar arasında qarşıdurma yaranıb
Rustaveli prospekti və Parlament binası ərazisində keçirilən aksiya zamanı Daxili İşlər Nazirliyinin çoxsaylı çağırışlarına, aksiyanın təşkilatçılarına və iştirakçılarına qanunla müəyyən edilmiş formalarda öz etirazlarını bildirməyə və zorakılıq hərəkətləri etməməyə çağırmasına baxmayaraq, aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb, onlara müxtəlif küt əşyalar, o cümlədən daş və butulka atıblar.
InterPress.ge xəbər verir ki, qeyd olunan qanunsuz hərəkət nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alaraq Qafqaz Tibb Mərkəzinə yerləşdirilib.
Həmçinin nazirliyə məxsus nəqliyyat vasitəsinə də ziyan dəyib. Fiziki qarşıdurmanın qarşısını almaq üçün Daxili İşlər Nazirliyi xüsusi vasitədən - bibər qazından istifadə edib.
Qanun pozuntusuna yol verdiklərinə görə 11 nəfər hüquq-mühafizə orqanları tərəfindən inzibati qaydada saxlanılıb


