Bizimlə əlaqəHaqqımızda—
Ən son:
GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıb
TVCANLI

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

506
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Dinləmək üçün basın

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.

O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:

“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.

V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.

Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir”.

V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa düşürlər:

“Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər”.

Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:

“Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar”.

V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ bilməyəcək:

“Açığını deyim ki, Konqresin yardımı olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan daha üstündür".

O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə zərbələr endirir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

GASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirSon xəbərlərə bax →