“Lotu Quli”nin cənazəsi ailəsinə təhvil verildi - VİDEO
Türkiyənin Antalya şəhərində qətlə yetirilən “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.
InterPress.ge “Sondakika.com”a istinadən xəbər verir ki, mərhumun həm Türkiyədə, həm də xaricdə yaşayan xeyli sayda tanışı morqun önünə gəlib.
Cənazənin İstanbula aparılıb, orada dəfn ediləcəyi bildirilib.
Onun İstanbulda dəfn ediləcək barədə mərhumun qardaşı Müşfiq Səlifov açıqlama verib. Kriminal avtoritetin qardaşı bunu ailə üzvlərinin məhz bu şəhərdə yaşamaları ilə izah edib.
Maraqlıdır ki, daha əvvəl onun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbirstanlıqda dəfn ediləcəyi iddia edilmişdi.
Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.