20 
Avq
2020
19:21
2313

Marneulidə Aktual.ge xəbər portalının ofisinin açılış mərasimi baş tutub

Ötən gün 19 avqust Marneuli rayonunda "Aktual Media"nın nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının ofisinin təntənəli açılış mərasimi baş tutub.

InterPress.ge xəbər verir ki, saat 19:00-da başlayan açılış mərasiminə QHT rəhbərləri - üzvləri, siyasətçilər, ictimai fəalllar, gənclər və jurnalistlər qatılıb.

Marneuli rayonunda ofisin açılış çıxışını edən "Aktual Media"nın baş direktoru İlkin Hüseynov, qonaqlara öz təşəkürünü bildirərək, bildirib ki, bu gün sadəcə ofisimizin açılışıdır önümüzdəki aylarda isə həmçinin təqdimatımız baş tutacaq.

O deyib ki, öz imkanlarımızla yaratdığımız Aktual.ge xəbər portalı qısa bir vaxtda ölkədə yayınladığı xəbərlərlə gündəm yaratmaqa, artıq qadirdir.

Sonda isə alqış sədaları ilə qırmızı lent kəsilərək Aktual.ge xəbər portalının ofisinin açılışı gerçəkləşib. Sonda isə qonaqlar üçün furşet süfrəsi açılıb.

Bizimlə əlaqə saxlayın