20 
Avq
2020
13:57
497

Gaxaria: "Seçki yüksək səviyyədə baş tutacaq"

"Unutmayın ki, qlobal pandemiya və dərin iqtisadi böhrana baxmayaraq ölkədə seçki prosesi aparılır. Seçki yüksək səviyyədə baş tutacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Qiorqi Gaxaria bu gün baş tutan hökumət iclasında qeyd edib.

Qaxarianın sözlərinə görə, prosesin keçirilməsinə baxmayaraq hər şeydən önəmli vətəndaşların sağlamlıqları, iş yerlərinin olması və sosial yardımların verilməsidir.

"Pandemiya dərin iqtisadi böhran kimi hələ davam edir. Heç birimiz unutmamalıyıq ki, bununla bərabər ölkəmizdə seçki prosesləri aparılır. Seçki yüksək səviyyədə baş tutmalıdır. Bu hökümətin və hakimiyyətin məsuliyyətidir. Seçki prosesinin keçirilməsinə baxmayaraq ən önəmli məsələ vətəndaşların sağlamlıqları, iş yerlərinin olması və vətəndaşlarımıza xüsusilə də uşaqlara Sosial yardımların verilməsidir ", - dedi Q. Gaxaria.

Bizimlə əlaqə saxlayın