20 
Avq
2020
12:16
1768

Artıq bu xəstəlikdən əziyyət çəkənlərin tam kurs müalicəsini hökumət qarşılayacaq

"Xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşlar müalicə almaq üçün öz ciblərindən ödəniş edirdilər. Əminəm ki, bu proqramın 8000 lari ilə böyüdülməsinə dair qərar qəbul edəcəyik. Bu proqram vasitəsilə xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız tam kurs müalicə götürəcəklər".

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria hökumət iclasında qeyd edib.

Qaxarianın sözlərinə görə, bu proqramdan ölkədə 1974 vətəndaş yararlanır və bu proqram onlar üçün çox önəmli olacaq.

"Qeyd edək ki, səhiyyə servislərinin əlçatanlığı ölkədə hələ də problem olaraq qalır. Xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşlar müalicə almaq üçün öz ciblərindən ödəniş edirdilər. Əminəm ki, bu proqramın 8000 lari ilə böyüdülməsinə dair qərar qəbul edəcəyik. Bu proqram vasitəsilə xərçəng xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız tam kurs müalicəni heç bir ödəniş etmədən götürəcəklər. Bu gün Gürcüstanda bu proqramdan 1974 vətəndaş yararlanır və bu yenilik onlar üçün olduqca önəmlilik daşıyacaq", - dedi Q. Qaxaria.

Bizimlə əlaqə saxlayın