11 
Apr
2024
11:12
271

Həyat yoldaşını öldürməklə hədələyən polis əməkdaşı saxlanıldı

Xüsusi İstintaq Xidməti zorakılıq və hədə-qorxu faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs evli olduğu zaman həyat yoldaşına fiziki zorakılıq edib, 2022-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə isə telefon əlaqəsi zamanı, o cümlədən internet tətbiqi vasitəsilə səsli mesajlar göndərməklə zərərçəkmişi və onun ailə üzvlərini öldürməklə hədələyib. 

Həmçinin, təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə zərərçəkmişin yaşadığı ünvanın darvazasına yazı yazıb və hədə-qorxu gəlmək məqsədilə bir patron qoyub.

Bundan əlavə, 25 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs övladını aparması ilə əlaqədar zərərçəkmiş şəxslə münaqişə zəminində odlu silah çıxarıb və onu öldürməklə hədələyib, hədə əlaməti olaraq tapançadan 3 dəfə atəş açıb, sonra hadisə yerini tərk edib.

Həmçinin, 29 mart 2024-cü il tarixində təqsirləndirilən şəxs “Whatsapp” tətbiqi vasitəsilə zərərçəkmişə səsli mesajlar göndərərək, o, yenidən öldürməklə hədələyib”, - deyə qurumun açıqlamasında bildirilir.

Cinayət 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın