11 
Apr
2024
10:35
529

Tələbələr aksiyaya qoşulur - 15 apreldə genişmiqyaslı aksiya gözlənilir

Bazar ertəsi, aprelin 15-də tələbələr parlament qarşısındakı aksiyaya yürüş ilə qatılacaqlar.

InterPress.ge xəbər verir ki, aksiyanın təşkilatçıları bildirirlər ki, yürüş Tbilisi Dövlət Universitetinin birinci korpusunun həyətindən saat 12:00-da başlayacaq.

Həmin gün parlamentdə rus qanunlarının komitə dinləmələri başlayır. Eyni zamanda, qanunverici orqanın arxa girişində aksiya keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın