11 
Apr
2024
08:20
1992

Aprelin 19-dək ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı

Aprelin 19-na qədər yağışlı günlər və temperaturun aşağı düşməsi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə meteoroloq Dodo Qvazava "Primetime"a bildirib.

Aprelin 15-dək əksər rayonlarda 19-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə 15 dərəcə isti gözlənilir. 

Aprelin 11-də gecə saatlarında yağış yağacağı gözlənilir. Aprelin 13-14-ü günün ikinci yarısında yağış yağacağı gözlənilir.

Aprelin 16-dan 19-dək aran rayonlarında havanın maksimal temperaturu 28 dərəcəyə çatacaq.

Aprelin 15-dək dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edəcək. Ayın 16-dan burada da günəşli olacaq, temperatur 29 dərəcəyə qədər yüksələcək.

Gürcüstanın şərqində külək güclənəcək.

Paytaxta gəlincə, burada ən yüksək temperatur aprelin 12-də qeydə alınacaq.

Aprelin 13-14-də havanın temperaturu enəcək, yağış yağacaq, külək əsəcək, buludlu olacaq.

Aprelin 18-19-da havanın temperaturu 30 dərəcə isti ola bilər.

Bizimlə əlaqə saxlayın