Aprelin 14-dək olan hava proqnozu açıqlandı
Aprelin 11-13-də Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Aprelin 11-də Tbilisidə bir qədər yağış yağacağı, aprelin 12-13-də havanın isti, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək


