20 
Avq
2020
11:40
689

Mdinaradze: "VMH partiyası qeydiyyat üçün vətəndaşlara yardım təklif edirlər və onlar bununla da özlərinə xal qazanmaq istəyirlər"

"Müəyyən fiziki şəxslər var ki, uşaqların hökumət tərəfindən 200 lari təzminat almaları üçün valideynlərin müvafiq bazaya qedyiyyatdan keçmələri üçün ödənişli xidmət təklif edirlər".

InterPress.ge xəbər verir ki, bu barədə Mamuka Mdinaradze qeyd edib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) partiyası qeydiyyat üçün vətəndaşlara yardım təklif edirlər və onlar bununla da özlərinə xal yazdırmaq istəyirlər.

“Anti böhran planının üçüncü mərhələsində biz hakimiyyət qırara gəldik ki, uşaqlara 200 lari birdəfəlik təzminat verək ki, məktəb üçün zəruri ləvazimatları almağa imkanları olsun. Bəzi kimsələr qərara gəliblər ki, bununla pul qazansınlar, fiziki şəxslər ödənişli xidməti təklifini reklam belə edirlər. Vahid Milli Hərəkat partiyası isə vətəndaşlara qeydiyyat prosesində yardım təklifi edir.

Buradan irəli gələrək eynilə fiziki şəxslərin bu prosesdən qul qazanmaları və VMH partiyası tərəfindən siyasi xal qazanma cəhdi xoşagəlməzdir", - dedi M. Mdinaradze.

Bizimlə əlaqə saxlayın