Qardabani Təhsil və İnteqrasiya Mərkəzində 9 Aprel qurbanlarının xatirələri anılıb
Qardabani Təhsil və inteqrasiya Mərkəzində 9 Aprel qurbanlarının xatirələri anılıb.
InterPress.ge xəbər verir ki, tədbirdə 9 Aprel qurbanlarının xatirələri 1 dəqiqəlik sükütla yad edilib, Gürcüstan və Azərbaycan himni səsləndirilib.
Mərkəzin Direktoru Çiçək Hüseynova tədbirdə iştirak edən qonaqlara 9 aprel hadisələri ilə bağlı danışıb. O bildirib ki, Tbilisinin mərkəzindəki faciəvi hadisələrdən 35 il ötür, həmin gecə Rustaveli prospektində 21 nəfər ölüb, yüzlərlə insan yaralanıb, şikəst olub, səpələnmiş qazdan zəhərlənib.
Həmçinin qeyid edib ki, həmin hadisə hazırki Gürcüstanın müstəqilliyində çox böyük rol oynayıb və bugünkü azadlığımıza görə, onlara minnətdar olmalıyıq.
Daha sonra söz ziyalı, tarix müəllimi Əvəzxan İsayevə verilib. O tədbir iştrakçılarına 9 Aprel hadisəsi haqqında geniş məlumat verib. Daha sonra tədbir istirakçıları Qardabanidə yerləşən 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil qoyublar və ölkənin müstəqilliyi uğrunda dünyasını dəyişənlərin xatirəsini ehtiramla yad ediblər.


