Dörd nəfəri öz fermasında işləməyə məcbur edən şəxs insan alverində ittiham olunub
Gürcüstan Prokurorluğu dörd nəfərə qarşı ağırlaşdırıcı şəraitdə insan alveri faktı üzrə bir nəfəri ittiham edib.
InterPress.ge xəbər verir ki, bu, Gürcüstan Prokurorluğunun yaydığı məlumatda bildirilir.
Prokurorluğun vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi Əmək Müfəttişliyi tərəfindən verilən məlumat əsasında müəyyən edib ki, Gürcüstanın rayonlarından birində ferma sahibi insan alveri məqsədi ilə 4 nəfəri öz təsərrüfatlarında pulsuz işlətdirib. Təqsirləndirilən şəxs onları gecə-gündüz istənilən vaxt öz tapşırığını yerinə yetirməyə məcbur edib, onlara şifahi və fiziki təzyiq göstərib, evlərinə buraxmayıb. Zərərçəkənlər dözülməz şəraitdən ferma ərazisindən qaça bilsələr də, təqsirləndirilən şəxs onları fiziki zorakılıq və hədə-qorxu ilə geri gətirərək yenidən işləməyə məcbur edib. Daha sonra üç zərərçəkmiş ferma ərazisindən qaça bilib, bir nəfər isə aprelin 4-dək işləməyə məcbur olub.
Cəza olaraq 14 ildən 17 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.


