Qaracalar kəndinin imamı Veysəl Orucov iddialara belə cavab verdi
Qaracalar kəndinin imamı Veysəl Orucov terror təşkilatına qoşulması və "Lilo" bazarındakı qadınlardan zorla pul tələb etməsi, qadınları cinsi xarakterli fotoları ilə hədələməsi ilə bağlı TV Pirveli tərəfindən yayımlanan süjetə öz münasibətini bildirib.
InterPress.ge xəbər verir ki, o, bununla bağlı video müraciətdə açıqlama verib.
Veysəl Orucov barəsində deyilənlərin yalan olduğunu, ona qarşı sürülən ittihamların tamamilə absurd olduğunu və onu qəsdən gözdən salmaq cəhdi daşıdığını bildirib.
O, müvafiq dövlət orqanlarına müraciət edərək bu işin araşdırılmasını, işin pərdə arxasının öyrənilməsini və onu mühafizə eləməsini tələb edib.
Onun sözlərinə görə, TV Pirveli telekanalı müxalifət yönlü kanaldır və bu videosujetdə onlar hakimiyyəti gözdən salmağa çalışırlar ki, guya hakimiyyət bunları bilə-bilə göz yumur, belə şeylərin qarşısının alınması üçün zəruri tədbirləri görmür.
Onun sözlərinə görə, bu cür böhtan xarakterli məlumatlar həm də indiki hökumət ilə müsəlmanların arasını vurmaq məqsədi daşıyır. Onun fikrincə, bu yalan məlumat üzrə hökumət müsəlmanları incitsə, bu da hakimiyyətə qarşı müsəlmanların qəzəbinə səbəb olacaq və müxalifət tərəfə yönələcək.


