09 
Apr
2024
11:22
275

Aİ nümayəndəliyi 9 Aprel faciəsi ilə bağlı bəyanat yayıb

"1989-cu il aprelin 9-da Gürcüstan sovet təzyiqindən xilas olmaq üçün yüksək bədəl ödədi".

InterPress.ge xəbər verir ki, bu, Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında deyilir.

 “Bir çox gürcülər müstəqillik uğrunda canlarını qurban verdilər. Biz 9 aprel irsini yüksək qiymətləndiririk və Gürcüstanın azadlığı uğrunda canlarını fəda edənləri ehtiramla anırıq”, - bəyanatda deyilir.

9 aprel faciəsindən 35 il ötür. 1989-cu il aprelin 9-da Sovet İttifaqı silahlı qüvvələrinin bölmələri Tbilisinin mərkəzində, Parlament binası yaxınlığında dinc aksiyanı dağıdıblar. Bunun nəticəsində 21 nəfər ölüb, yüzlərlə vətəndaş isə tərkibi naməlum qazdan zəhərlənib. Daha sonra, 1991-ci il aprelin 9-da Ali Şura Gürcüstanın dövlət müstəqilliyini bərpasını elan edib.

Bizimlə əlaqə saxlayın