09 
Apr
2024
11:14
267

Marneulidə iftar süfrəsi təşkil edilib

Marneulidə iftar süfrəsi təşkil edilib. 

InterPress.ge xəbər verir ki, iftar süfrəsi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə həyata keçirilib. 

Tədbirdə çıxış edən GAİM-in icraçı direktoru Murad Muradov Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətin olduğunu, müxtəlif dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səfirliyin məsul əməkdaşı Ramiz Hacıyev Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı səfiri Faiq Quliyevin tədbir iştirakçılarına təbriklərini çatdırıb. Bildirilib ki, Azərbaycan dövləti daim qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verib.

Daha sonra Marneulinin Baş axundu Hacı Əziz Nəbiyev çıxış edərək qarşıdan gələn Ramazan bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Bizimlə əlaqə saxlayın