08 
Apr
2024
15:21
358

Tələbələr və mülki fəallar Tbilisidə aksiya keçiriblər

“Rus qanunlarına yox”, “Lazareyə azadlıq!” – bu şüarlarla vətəndaş fəallarının bir hissəsi və tələbələr parlamentin arxa girişində aksiya keçiriblər.

InterPress.ge xəbər verir ki, martın 7-8-də keçirilən etiraz aksiyaları zamanı saxlanılan Lazare Qriqoriadisin azadlığa buraxılması tələbi ilə Tbilisi Şəhər Məhkəməsi qarşısında da oxşar adda etiraz aksiyası keçirilib.

Əraziyə toplaşanların sözlərinə görə, Gürcüstan hakimiyyəti yenidən “rus qanunlarını geri gətirmək və ölkənin Avropa gələcəyini yenidən şübhə altına almaq istəyir”. Aksiya iştirakçıları parlamentin arxa girişinə “rus qanunlarına yox!, Avropa İttifaqına hə”, “Yenə qalib gələcəyik”, “Lazareyə azadlıq” yazıları olan pankartlar gətiriblər.

Hadisə yerinə bir neçə patrul polisi səfərbər olunub.

Xatırladırıq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi bu gün Parlamentin Bürosuna təqdim olunacaq.

 

Bizimlə əlaqə saxlayın