08 
Apr
2024
13:05
1698

Yağışlı hava bu tarixə kimi davam edəcək

Aprelin 9-dan hava açılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Primetime”a Milli Ətraf Mühit Agentliyinin hidrometeoroloji proqnozlaşdırma şöbəsinin rəhbəri Svetlana Nioradze danışıb.

“Tbilisidə bu gün yenidən yağış yağacaq. Havanın temperaturu 12-14 dərəcə isti təşkil edəcək.

Aprelin 9-dan hava açılacaq, temperatur 20 dərəcəyədək yüksələcək və daha da yüksək olacaq. Ancaq hər gün günəşli və yağmursuz olmayacaq. Bəzən qısamüddətli yağış gözlənilir”, - deyə Svetlana Nioradze bildirib.

Sinoptiklərin məlumatına görə, aprelin 9-10-da Qərbi Gürcüstanda hava əsasən yağmursuz keçəcək, aprelin 11-də bəzi yerlərdə yağış yağacaq. Aprelin 9-11-də Gürcüstanın şərqində bəzi yerlərdə yağışlı hava şəraiti gözlənilir. 

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcə təşkil edəcək

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): arabir yağış yağacağı gözlənilir. Gün ərzində havanın temperaturu +10, +15 dərəcə ola bilər

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər