08 
Apr
2024
12:34
1999

Qaracalar məscidinin imamı Veysəl Orucov barədə iddialar ortaya çıxdı - VİDEO

TV Pirveli telekanalında yayımlanan "Nodar Meladzis Şabatis Eteri" verilişində Qaracalar kənd imamının terror təşkilatına qoşulması və Türkiyəyə qaçması ilə bağlı məlumatlar yayılıb.

InterPress.ge xəbər verir ki, bu barədə TV Pirveli məlumat yayıb.

Nəşrin məlumatına görə, Veysəl Orucov terror təşkilatına qoşulması və Lilo bazarındakı qadınlardan zorakılıqla pul tələb etməsindən və şəxsi həyatlarına dair videoları yayması ilə hədələməsindən sonra ölkədən qaçıb.

TV Pirveli-nin məlumatına görə, Orucov Lilo bazarındakı ticarətçilərdən birinin qaçırılması ilə bağlı tanışı saxlanıldıqdan sonra ölkədən qaçmaq qərarına gəlib. İmam polis bölməsinə sorğu-sual üçün aparılıb, lakin tutulmayıb. 

Veysəl Orucovun atasının sözlərinə görə, oğlunun fəaliyyəti polisin diqqətində olub və o polis bölməsinə sorğu-sual üçün aparılıb, lakin onun terror qruplaşmasına qoşulması ilə bağlı məlumatlar tamamilə yalandır və bu səbəbdən ölkədən qaçması doğru deyil.

Diana Musaliyevanın sözlərinə görə, Lilo bazarındakı ticarətçilər vəhabilərin qurbanıdırlar. Onlar qadınların hər həftə onlara müəyyən məbləğdə pul vermələrini tələb edirlər, əks halda isə onları cinsi xarakterli şəkillər və videolar yaymaqla hədələyirlər. Diana Musaliyeva bunlar arasında ilk növbədə Qaracalar imamının adını çəkib. 

Diana Musaliyevanın sözlərinə görə, o 2021-ci ildə bu qruplaşmanın hədəfi olub və onun cinsi xarakterli şəkilləri instagram sosial şəbəkəsində yayılıb. Onun sözlərinə görə, imamın yaxını olan Miriam Siviyev onunla əlaqəyə keçib və cinsi xarakteri fotoları yayan şəxsin kimliyinin müəyyən edilməsində ona kömək edəcəyini bildirib, əvəzində isə ondan xaricdən mallar gətirəcəyi zaman konkret qutuları da gətirməsini istəyib. Diana Musaliyeva həmin qutuları gətirməkdən imtina edib, məhz bundan sonra o şantaj edilməyə başlayıb. Bundan sonra imamın yaxınları onunla əlaqə saxlayıb və bildiriblər ki, həftədə onlara iki min lari ödəyəcəyi təqdirdə şəkillərini sosial şəbəkədə yaymayacaqlar. Onun sözlərinə görə, bu qruplaşmaya hər həftə 2 min lari ödəyib, baxmayaraq yenə təhdid edilib. Qadının sözlərinə görə, ona Suriyaya getmək və terror qruplaşmasına qoşulmaq tapşırılıb. O, bununla razılaşıb və Suriyaya getmək üçün Türkiyə istiqamətində hərəkət etməyə başlayıb və yolda imamın tanışı Miryan Siviyev onun avtomobilinə oturub və onu tapança ilə hədələyib. 

Qadının sözlərinə görə, terror qruplaşmasının planları bir anda dəyişib və ona and içdiriblər ki, əgər heç kimə deməsə, ona heç bir şey etməyəcəklər. Diana Musaliyeva Miriam Siviyev ilə birlikdə oteldən uzaqlaşaraq geri qayıdıblar, bundan sonra o Kaxetidə polis əməkdaşlarına hər şeyi deyib, lakin heç bir istintaq başladılmayıb. 

Qarşı tərəf isə qadının qaçırılması, ona hədə-qorxu gəlinməsi və Qurana and içirilməsi ilə bağlı məlumatları təkzib edib və Musaliyevanın danışdıqlarının qisas məqsədilə olduğunu qeyd edib.

Tv Pirveli telekanalının hazırladığı reportajı oxuyucularımıza təqdim edirik:

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər