07 
Apr
2024
16:21
535

Tbilisidə baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb

Tbilisidə, Boçormi küçəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərdən biri klinikada ölüb, nəticədə ölənlərin sayı 3-ə çatıb.

İnterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Partlayış nəticəsində yaralanan 3 nəfərin xəstəxanada müalicəsi davam edir. 

Xatırlatmaq istərdik ki, bu gün səhər saatlarında Boçormi küçəsi N12 ünvanında yerləşən “Battleground” mağazasının atış poliqonunda partlayış baş verib.

Bizimlə əlaqə saxlayın