Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində "Azerbaijan COP29 Host" beynəlxalq tədbiri haqqında gənclərə məlumat verilib
Bu gün Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində "Azerbaijan COP29 Host" beynəlxalq tədbiri haqqında mərkəzin bir qrup gəncinə məlumat verilib.
InterPress.ge xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.
COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkə üçün yüksək etimadın göstəricisidir.
.jpeg)


