06 
Apr
2024
14:10
493

QHT-lər Adiqenidə müsəlmanların namaz qılmasına icazə verilməməsi ilə bağlı bəyanat yaydı

Aprelin 5-də müsəlman icması cümə namazı qılmaq hüququndan yenidən məhrum edilib.

InterPress.ge xəbər verir ki, Adiqenidə yenidən polis səfərbər etmək lazım  gəlib.

Bələdiyyədə baş verən hadisələrə 8 təşkilat təcili bəyanatla reaksiya verib. Üçüncü sektorun qiymətləndirməsinə görə, müsəlman icmasının hüquqları pozulur, ayrı-seçkilik xarakterli yanaşmalar mövcuddur.

Onların sözlərinə görə, dövlət və prokurorluq dərhal təsirli addımlar atmalıdır. Onlar hakimiyyətə tövsiyələrlə müraciət edir və bildirirlər ki, dövlət qərar qəbul edərkən dini neytrallıq prinsiplərinə əməl etməlidir.

"Biz Adiqenidə baş verən hadisələrlə bağlı hədsiz narahatlığımızı və qəzəbimizi bildirmək istəyirik. Gürcüstan hökuməti və bu prosesə rəhbərlik edən Dini Məsələlər üzrə Dövlət Agentliyi münaqişəni tənzimləməkdə tamamilə aciz olduqlarını sübut etdi. Dövlət vəziyyəti tənzimləmək üçün nə hüquqi, nə də siyasi yanaşmalardan istifadə etmir”, - Sosial Ədalət Mərkəzinin Bərabərlik Siyasəti Proqramının direktoru Tamta Mikeladze deyib.

Xatırladırıq ki, pravoslavların bir hissəsi din xadimləri ilə birlikdə aprelin 5-də səhər saatlarında Adiqenidə Tsereteli küçəsində - müsəlman icmasının namaz qıldığı evin yaxınlığında bir daha toplaşıb. Müxalifətçi deputat Tariel Nakaidzenin sosial şəbəkədə yazdığına görə, hadisə yerində vəziyyət gərgin olub. Onun sözlərinə görə, müsəlmanların namaz qılmasının qarşısı alınıb.

Bizimlə əlaqə saxlayın