06 
Apr
2024
12:22
546

Rustavi şəhərində Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi (GATM) fəaliyyətə başlayıb

Gürcüstanın Rustavi şəhərində Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi (GATM) fəaliyyətə başlayıb.

InterPress.ge xəbər verir ki, aprel ayından Rustavi şəhərinın Təhsil və Mədəniyyət Mərkəzində ödənişsiz dil kursları fəaliyyətə başlayıb. 

Mərkəzin rəhbəri Raida Dərziyeva mərkəzin açılmasını mühüm hadisə adlandırıb. O bildirib ki, Gürcüstanın müxtəlifliyi bir dəyərdir və bu dəyər qorunub saxlanılmalıdır. Ölkədə yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası elə formada həyata keçirilməlidir ki, onların etnik və milli mənsubiyyəti qorunub saxlanılsın.

R. Dərziyeva Gürcüstan hökumətinin azərbaycanlı vətəndaşların gürcü ictimaiyyətinə inteqrasiyasına olmasına böyük diqqət ayırdığını nəzərə çatdırıb.

R.Dərziyeva qeyd edib ki,  Azərbaycan, gürcü və ingilis dilləri üzrə 165 nəfər şagird səviyyə və yaşlarına uyğun olaraq 10 qrupda təhsil alacaq. Şəhərin əksər məktəbləri ilə yanaşı Qardabani və Marneuli Munisipalitetlərinin yaxın kəndlərindən olan məktəblilər də kurslara qatılıblar. Rustavi şəhərinin azərbaycanlı icması tərəfindən təqdir və rəğbətlə qarşılanan dil kursları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə layihə çərçivəsində həyata keçirilir. Mərkəzdə soydaşlarımızın inteqrasiyası, eləcə də, milli mədəniyyətimizin qorunub saxlanması istiqamətində yeni layihələr üzərində iş aparılır və yaxın vaxtlarda mərkəzin fəaliyyəti yerli azərbaycanlı icmasına və gürcü ictimaiyyətinə geniş təqdim olunacaq.

Bizimlə əlaqə saxlayın