Polşada oğurluq etdiyinə görə axtarışda olan Gürcüstan vətəndaşı tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumata görə, 26 yaşlı gənc Şeçindəki hostellərdən birində tanınıb və yoxlama zamanı onun axtarışda olduğu məlum olub.
Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
