05 
Apr
2024
20:40
788

Sərhəd polisi əməkdaşı ölü tapılıb

Bu gün Kartsaxda sərhəd polisinin zabiti Valeri Qedelyan ölüb.

InterPress.ge xəbər verir ki, onun meyiti Axalçixe prokurorluğuna aparılıb.

Versiyalardan birinə görə, 35 yaşlı kişinin  Kür çayı yaxınlığında  meyiti tapılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun  məlumatına görə, sərhəd polis serjantı Valeri Qedeliani Samtsxe-Cavaxeti bölgəsində Kartsaxın sərhəd sektorunun mühafizə bölməsində növbə çəkərkən həlak olub.

Samtsxe-Cavaxeti Polis İdarəsi Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə ölümün səbəbini müəyyən etmək üçün araşdırma aparır.

“Daxili İşlər Nazirliyi Samtsxe-Cavaxetiya bölgəsi üzrə sərhəd polisinin əməkdaşı, 1989-cu il təvəllüdlü Valeri Qedelyanın vəfatından dərin hüznlə kədərləndiyini bildirir.

Daxili İşlər Nazirliyi mərhumun ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər