05 
Apr
2024
12:52
1166

Havalar dəyişəcək - 9 aprelədək olan hava proqnozu açıqlandı

Aprelin 6-da Qərbi Gürcüstanda bəzi yerlərdə yağış yağacağı, aprelin 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Sinoptiklərin məlumatına görə, Gürcüstanın şərqində nisbətən sərin və arabir yağışlı hava gözlənilir.

Tbilisidə sərin və yağışlı hava gözlənilir. Aprelin 6-da şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): gecə bəzi yerlərdə qar yağacaq. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək

Bizimlə əlaqə saxlayın