19 
Avq
2020
20:59
515

Mərkəz rəhbəri Mestiyada son vəziyyəti açıqlayıb

"Mestiya bələdiyyəsində genişləndirilmiş intensiv test tədqiqatları nəticəsində 3509 nəfərin test prosesindən keçdi. Eyni zamanda Mestiyaya gedən daha 1246 nəfərdə test aparılıb".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Amiran Qamğrelidzenin açıqlamasına görə, genişləndirilmiş testlər nəticəsində məlum olub ki, koronavirus cəmdə 49 şəxsdə müəyyən edilib.

"Mestia bələdiyyəsində ciddi işlər aparılır. Mestianın kəndlərinin açılması ilə bağlı qərar qəbul edilib. Avqustun son iki həftəsi ərzində Mestia bələdiyyəsində genişləndirilmiş intensiv test tədqiqatları nəticəsində 3509 nəfərin test prosesindən keçdiyini qeyd edib. Test Mestiyaya gedən daha 1246 nəfərdə aparılıb. Mestia bələdiyyəsində bütünlükdə 49 koronavirus halı qeydə alınıb. Buradan 29-zu Mestia bələdiyyəsinin özündən, 20-si isə təmas yolu ilə yoluxmadır", - deyə Amiran Qamğrelidze qeyd edib.

Onun sözlərinə görə, bu gün Mestiada özünütəcriddə olan 700-dək insan tədqiqatdan keçəcək və yavaş-yavaş yumşalma siyasətinə keçid alınacaq.

"Son 4 gün ərzində aparılan tədqiqatlara görə Mestiya bələdiyyəsində yoluxma halı qeydə alınmayıb. Mestiyada səfərdə olan hər kəs mərkəzə müraciət edərək öz istəkləri ilə tədqiqatlardan keçirlər", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın