05 
Apr
2024
12:46
406

Sərhədi qeyri-qanuni yolla keçməyə çalışan 5 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Sərhəd Polisi, Patrul Polisi İdarəsi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dövlət sərhədini qrup halında qanunsuz keçmək və miqrantları qeyri-qanuni daşımaq ittihamı ilə 5 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətlər 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, xarici ölkə vətəndaşı, 1985-ci il təvəllüdlü S.T. pasport nəzarətindən yan keçməklə, xarici ölkə vətəndaşları olan miqrantları Türkiyə Respublikasından qanunsuz olaraq Gürcüstana keçirməyə çalışıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü V.T.; 1965-ci il təvəllüdlü B.O.; 1996-cı il təvəllüdlü O.Q. və 1992-ci il təvəllüdlü R.Q. saxlanılıb

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “A” yarımbəndi və 344-cü Prima maddəsinin ikinci hissəsinin “B” yarımbəndi ilə aparılır

Bizimlə əlaqə saxlayın