05 
Apr
2024
10:34
210

Xüsusi nəzarətdə olan psixotrop vasitələrin və narkotik vasitələrin qanunsuz satışı faktına görə 3 hüquqi və 6 fiziki şəxs məsuliyyətə cəlb edilib

İstintaq Xidməti qanun pozuntusu ilə fəaliyyət göstərən aptek aşkar edib, orada qanunsuz olaraq psixotrop və xüsusi nəzarətdə olan dərman vasitələrinin satıldığı müəyyən edilib.

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Araşdırma zamanı məlum olub ki, aptekin qanunsuz fəaliyyətini ört-basdır etmək məqsədilə həmin obyekt əslində eyni şəxslər tərəfindən idarə olunan üç müxtəlif hüquqi şəxsin adı ilə fəaliyyət göstərib. Araşdırmalar zamanı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktına görə üç hüquqi şəxs məsuliyyətə cəlb edilib, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və qanunsuz gəlirlərin leqallaşdırılması faktına görə altı fiziki şəxs barəsində cinayət işi başlanıb, onlardan 5-i saxlanılıb.

"İstintaq müəyyən edib ki, aptek müdirləri qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 1 milyon lariyə yaxın məbləğdə qanunsuz gəlir əldə ediblər, sonradan bu gəlir müxtəlif fiziki şəxslərin bank hesablarına köçürülməklə qanuni qiyafədə leqallaşdırılıb.

Aparılmış istintaq tədbirləri nəticəsində külli miqdarda psixotrop dərman preparatları, habelə təqsirləndirilən şəxslərə məxsus iki bahalı avtomobil aşkar edilərək götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192 və 194-cü maddələri ilə davam etdirilir”, - deyə məlumatda bildirilir.

 

Bizimlə əlaqə saxlayın