19 
Avq
2020
17:24
3579

Kaladze 200 larini almaq üçün qeydiyyatdan keçə bilməyənlərə müraciət etdi

"Uşaqlara 200 lari yardım alma kampaniyasında qeydiyyatdan keçmək üçün müəyyən problemlərlə üzləşən vətəndaşlarımız müvafiq aplikasiyaları doldura bilmirlər. Onlar munisipal servislərə müraciət edə bilərlər".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze bu gün hökümət iclasında qeyd edib.

Onun sözlərinə görə, sözügedən vətəndaşlara qeydiyyatdan keçmək üçün Tbilisi miqyası ilə 11 servis mərkəz xidmət göstərəcək.

"Bir neçə gün öncə baş nazir 18 yaşadək uşaqlarını 200 lari yardım almaları haqda bəyanat yaymışdı. Bələdiyyə tam məsuliyyətlə vətəndaşlara 11 munisipal servisdə xidmət göstərməyə görə məsuliyyət daşıyır. Elə ailələr ola bilərki evdə interneti olmasın və aplikasiyaları doldurmaqda çətinlik çəksin. Bu problemi yaşayan hər bir vətəndaşa rayonları üzrə munisipal servislərə müraciət etmələrini xahiş edirəm. Munisipal servislərin biri də meriyadadır və siz buraya da gələ bilərsiniz", - dedi Kaladze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər