04 
Apr
2024
11:37
502

"Silknet"ə kiberhücum həyata keçirən şəxs saxlanılıb

2001-ci il təvəllüdlü B.K. kompüter sisteminə qanunsuz müdaxilə etmək ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

“Aparılmış kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən B.K. şəxsi məlumatları əldə etmək məqsədilə “Silknet” SC-nin kompüter sisteminə kiberhücum edib.

Təqsirləndirilən şəxs kompüter sisteminə icazəsiz giriş yolu ilə sözügedən şirkətin 5000-ə yaxın istifadəçisinin şəxsiyyət vəsiqələrinin rəqəmsal surətlərini əldə edərək qanunsuz yolla internetdə satmağa cəhd edib", - deyə bildirilib.

Kompüter sisteminə icazəsiz daxil olma faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 3-cü hissəsi ilə aparılır. Cinayət altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın