03 
Apr
2024
21:29
258

Parlament qarşısında aksiya elan edildi

"Rus qanunlarına yox!" şüarları ilə, sabah, aprelin 4-də saat 20:00-da Milli Məclisin yaxınlığında aksiya keçiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə “Talave” və “İnadkar” vətəndaş hərəkatları məlumat yayıb.

“Aprelin 3-də Gürcüstan parlamentində “Gürcü arzusu” Rusiyanın “Xarici təsir agentləri haqqında” qanun layihəsini adı bir qədər dəyişdirilərək yenidən qeydiyyata alıb – “Xarici qüvvələrin maraqlarını daşıyan təşkilatlar haqqında”.
Aprelin 4-də saat 20.00-da hamınızı parlamentin qarşısında, qanuna etiraz planlarını birgə hazırlayacağımız təşkilati iclasda vətəndaş hərəkatları, dalğalar, inadlar gözləyir.
Bir il əvvəl “Gürcü arzusu”nun əlindən qopardığımız qanun yenidən işə düşdü. Ona görə də onun həyata keçirilməsinin qarşısını almaq üçün birləşməli olacağıq.
Sizi  aprelin 4-də parlamentin qarşısında gözləyirik. Gəlin, Rusiya qanunlarına qarşı birgə fəaliyyət planı hazırlayaq”, - bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın