Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanın quru sərhədləri buna görə bağlıdır - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

1,241
Azərbaycanın quru sərhədləri buna görə bağlıdır - MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA
Dinləmək üçün basın

“Sərhədlərin bağlanmasıyla bağlı qərar özünün doğruluğunu getdikcə daha çox isbatlayır. Çünki dünyanın olduqca böyük təhlükələrlə qarşı-qarşıya olduğunun fərqindəyik”.

“Sərhədlərin bağlanmasıyla bağlı qərar özünün doğruluğunu getdikcə daha çox isbatlayır. Çünki dünyanın olduqca böyük təhlükələrlə qarşı-qarşıya olduğunun fərqindəyik”. 

InterPress.ge xəbər verir ki, bu sözləri Azərbaycan parlamentinin millət vəkili Elman Nəsirov TV Müsavat-ın efirində sərhədlərin açılması ilə bağlı suala cavab verərkən deyib.

Deputat qeyd edib ki, hazırda Azərbaycan üçün ən ciddi təhlükələr məhz xaricdən gələ bilər: 

“Cənab prezident parlamentdəki andiçmə mərasimində də qeyd etdi ki, bizdə daxildən heç bir təhdid və təhlükə yoxdur. Bizə təhdidlər 2 istiqamətdən, ideoloji və sərhəddən gələ bilər”. 

Deputat Rusiyanın paytaxtı Moskvada baş verən terror aktlarını misal göstərərək, sərhədlərin bağlı qalmasının vacib olduğunu qeyd edib: 

“Mənə elə gəlir ki, bundan sonra dünyada terror aktlarının sayı artacaq. Çünki dünya bu gün qlobal qarşıdurmaya gedir. Bundan isə ən çox terrorçular istifadə edir. Sərhədlər qapalı olduqda təhlükəsizliyin təmin olunması imkanları daha da genişlənir” – deyə Elman Nəsirov bildirib. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →