Hərbi polis əməkdaşı həyat yoldaşına zorakılıq göstərdiyinə görə tutulub
Gürcüstan Müdafiə Nazirliyinin Müdafiə Qüvvələrinin Hərbi Polis İdarəsinin əməkdaşı İ.M. Xüsusi İstintaq Xidməti tərəfindən saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2024-cü il fevralın 23-də qumarda pul uduzduqdan sonra axşam saatlarında evə qayıdıb və bu zaman həyat yoldaşı ilə mübahisə edib və onu öldürməklə hədələyib. Bundan sonra təqsirləndirilən şəxs həyat yoldaşını hədələməyə davam edib. O, bu ilin mart ayında məişət məsələlərində yaranan münaqişə zamanı həyat yoldaşını həm birbaşa, həm də qısa mesaj vasitəsilə hədələyib.
Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadın müraciət etdikdən sonra dərhal istintaqa başlayıb və hüquq-mühafizə orqanının əməkdaşının cinayətinə dair sübutlar əldə edib və məhkəmənin qərarı ilə o, saxlanılıb.
O, 48 saat ərzində ittiham olunacaq.
Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmaları davam etdirir.