"Lelo" Partiyası Marneulidə iftar süfrəsi təşkil edib - VİDEO
"Lelo" Partiyası Marneulidə iftar süfrəsi təşkil edib.
InterPress.ge xəbər verir ki, iftar zamanı gənc siyasətçi Aqil Mustafayev, İmam Cümə Hacı Hacıyev, "Lelo"partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze çıxış ediblər.
Aqil Mustafayev Ramazan ayı münasibətilə əhalini təbrik edib və ölkəmizə əmin-amanlıq, firavanlıq, sülh arzulayıb.
Siyasətçi Mamuka Xazaradze çıxışı zamanı müsəlman bacı-qardaşlarını təbrik edib. Həmçinin Ramazan bayramının milli bayram olmasını istədiyini vurğulayıb.
"Bugünkü gün münasibəti ilə bacı qardaşlarımızı təbrik etmək istəyirəm. Onlara yaxşı günlər və ölkəmizə inkişaf diləyirəm. Biz tarixən bir yerdə yaşamışıq və eyni ölkəyə xidmət edirik, ona görə də bu bayramın milli bayram olmasını istəyirik. Biz gürcü dövlətçiliyini birlikdə qururuq, bu gün üçün hər birinizə bir daha təşəkkür edirəm", - deyə Mamuka Xazaradze çıxışında qeyd edib.
Tədbir zamanı Aqil Mustafayevin "Lelo" partiyasının siyasi şurasına üzv olaraq seçildiyi açıqlanıb.