Rus işğalçılar tərəfindən qaçırılan Gürüstan vətəndaşı azad edilib
Rus işğalçıları tərəfindən qaçırılan Aleksi Adeişvili azadlıqdadır.
InterPress.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
"Rusiya işğalçı qüvvələrinin işğal etdiyi Axmaci kəndi yaxınlığında qanunsuz saxlanılan Aleksi Adeişvili azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.
Aleksi Adeişvilinin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə olunub. Gürcüstanın mərkəzi hökuməti daimi əsaslarla beynəlxalq tərəfdaşlara məlumat verib.
Bu məsələ Gürcüstanın Mərkəzi Hökuməti tərəfindən insidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi (IPRM) formatı çərçivəsində keçirilən görüşlərdə qaldırılıb.
Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.
Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir”, - DTX-nin bəyanatında qeyd edilib.