
Havanın ən təmiz/çirkli olduğu 10 şəhər
Numbeo 243 şəhərdə çirklənmə dərəcəsini araşdırıb.
InterPress.ge xəbər verir ki, statistikaya Gürcüstandan yalnız Tbilisi daxil olub.
Onun indeksi 71,57 olaraq müəyyən edilib və reytinqdə 64-cü yeri tutub. Məlumat üçün qeyd edək ki, reytinq nə qədər yüksəkdirsə, həmin şəhərdə çirklənmə nisbəti bir o qədər aşağı olur.
Məlumata görə, paytaxtda ümumi çirklənmə səviyyəsi yüksək, havanın keyfiyyəti isə aşağıdır. Bundan başqa, şəhərdə keçirilən “xoş vaxt”dan, eləcə də yaşıllıqların və parkların olmamasından narazılıq yüksəkdir.
Araşdırmada şəhərdə dincliyin və gecə işıqlandırılmasının təmin edilmə nisbətinin aşağı olduğu qeyd edilir. Zibillərin yığılma tezliyindən narazılıq orta səviyyədədir. Şəhərdə nizamsızlıq və çirklənmə də orta səviyyədədir. İçməli suyun çirklənməsi aşağı, suyun keyfiyyəti və mövcudluğu yüksəkdir.
Ən aşağı çirklənmə səviyyəsi aşağıdakı şəhərlərdədir:
Helsinki, Finlandiya
Reykyavik, İslandiya
Vyana, Avstriya
Haaqa, Hollandiya
Stokholm, İsveç
Tallinn, Estoniya
Lüksemburq, Lüksemburq
Göteborq, İsveç
Viktoriya, Kanada
Oslo, Norveç
Aşağıdakı on şəhərdə çirklənmə çox yüksəkdir:
Katmandu, Nepal
Ulan-Bator, Monqolustan
Beyrut, Livan
Dəkkə, Banqladeş
Ho Chi Minh City, Vyetnam
Qaziabad, Hindistan
Noida, Hindistan
Qurqaon, Hindistan
Qahirə, Misir
Yanqon, Myanma