31 
Mar
2024
20:30
287

Azərbaycan Ermənistana xəbərdarlıq edib

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində canlı qüvvənin, zirehli texnikanın, artilleriya qurğularının və digər ağır silahların cəmləşməsi və Ermənistan Silahlı Qüvvələrinin qoşun hissələrinin intensiv hərəkəti müşahidə olunur.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Qurumun məlumatına görə, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdinin qarşısını qətiyyətlə alır.

"Son günlər Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin fəallaşması, Azərbaycana qarşı aqressiv ritorika səviyyəsinin artması, təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya mühitində vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli məlumatların həcminin artması müşahidə olunur. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, bunun qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq”, - deyə məlumatda bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə məsuliyyətin Ermənistan və onun havadarlarının üzərinə düşəcəyini bildirib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər